NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Rumıniyada COP29-a həsr olunan panel müzakirələr keçirilib

...

Rumıniya Diplomatik İnstitutunda Enerji Siyasəti Qrupunun təşkilatçılığı ilə “Qlobal İqlim Diplomatiyası: COP28, COP29 və COP30” adlı panel müzakirələr keçirilib.

Tədbirdə Rumıniyanın ekologiya, su və məşələr naziri Mirça Feket, Rumıniyanın Prezident Administrasiyasının iqlim və davamlılıq üzrə dövlət müşaviri Aleksandra Bokşe, energetika nazirinin müavini Dan-Dragoş Dragan, Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanov və Braziliyanın səfiri Rikardo Guerra de Araujo iştirak ediblər.

Natiqlər çıxışlarında ətraf mühit böhranları ilə mübarizə, qlobal enerji mühitinin dinamik dəyişiklikləri, enerji müstəqilliyi kimi vacib məsələlərə toxunublar.

Rumıniyanın ekologiya, su və məşələr naziri Mirça Feket iqlim dəyişməsi nəticəsində ölkələrin üzləşdiyi çağırışlar, Rumıniyanın ətraf mühit sahəsində apardığı siyasət barədə danışıb: "COP29 tədbirində Azərbaycanın digər ölkələr ilə əməkdaşlıqda bərpa olunan enerji mənbələrinin istifadəsinin və ötürülməsi çox önəmlidir".

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Azərbaycanda ətraf mühit, ekoloji dayanıqlıq istiqamətində həyata keçirilən tədbirlər, COP29 çərçivəsində görülən işlər və irəli sürülən təşəbbüslər, o cümlədən İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması, “COP29 atəşkəsi” barədə iştirakçılara ətraflı məlumat verib:

"Ölkəmizin strateji hədəflərdən birinin karbon iqtisadiyyatından yaşıl iqtisadiyyata keçiddir. Bu istiqamətdə həyata keçirilən beynəlxalq layihələr, o cümlədən 2022-ci ilin dekabr ayında “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası vacibdir".

Braziliyanın Rumıniyadakı səfiri Rikardo Guerra de Araujo ölkəsinin COP30 gözləntiləri, hədəfləri, iqlim dəyişikliklərinin mənfi fəsadları ilə mübarizədə dünya lider ölkələrinin rolundan söz açaraq Braziliya tərəfindən Azərbaycanın COP29 səylərinin dəstəkləndiyini qeyd edib.

Nəşr edilib : 23.10.2024 17:22