NAXÇIVAN :

08 Aprel 2025, Çərşənbə axşamı

“Qohum və erkən nikahların yaratdığı fəsadlarla bağlı” maarifləndirici tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şahbuz rayonunun Ayrınc kənd İcra Nümayəndəliyində “Qohum və erkən nikahların yaratdığı fəsadlarla bağlı” maarifləndirici tədbir keçirilmişdir.
“Şərq qapısı” xəbər verir ki, tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhadətə yüksələn şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Nubar Səfərova açaraq cəmiyyət üçün sözügedən mövzunun aktuallığına diqqəti çəkmişdir.
Daha sonra komitənin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Kənan Məmmədov mövzu ilə bağlı çıxış etmişdir. Çıxışda qeyd olunub ki, qohum və erkən nikahlar sağlam cəmiyyətin formalaşmasına maneə törədən ciddi sosial problemlərdən biridir. Bu cür nikahlar cəmiyyətin ümumi inkişafına mənfi təsir göstərir və cəmiyyətin sağlam şəkildə inkişaf etməsinə mane olur. K.Məmmədov erkən nikah və qohumlar arasında bağlanan nikahların qarşısının alınmasına dair qanunvericilikdən, qəbul edilən normativ-hüquqi aktlar haqqında tədbir iştirakçılarına geniş məlumat verib və vurğulayıb ki, gənclərin təhsili, fərdi inkişafı və sağlam gələcəyi üçün erkən yaşlarda və qohumlar arasında nikahların qarşısını almaq, cəmiyyətin rifahını artırmağa kömək edər.
38 nəfərin iştirak etdiyi tədbirdə mövzu ilə bağlı videoçarx nümayiş olunub, maarifləndirici broşür paylanılıb, posterlər yaşayış məntəqəsinin elan lövhələrinə yerləşdirilib.

Nəşr edilib : 07.04.2025 19:20