Leyla Əliyeva Nayrobi tam orta məktəbində və tibb ...
18:30 21.12.2024
0
0
0
NAXÇIVAN :
21 Dekabr 2024, Şənbə
Müstəqillik qazandığımız illərdə sərhədlərimizə amansız hücumlar edən düşmənin qarşısına çıxanlar arasında polislər çoxluq təşkil edirdi. Onlar daxili təhlükəsizliyi qoruduğu kimi düşmənin önündə də durmağı bacardılar. Azərbaycanın ilk şəhidlərindən oldular.
Şanlı Vətən savaşında torpaqlarımızı azadlığa qovuşduran oğulların düşməndən təmizlədiyi kəndlər, şəhərlərdə daxili sabitliyi qorumaq işi də onların çiyninə düşdü. Onlar bu işin öhdəsindən layiqincə gəlməyi özünə borc bildi. Ötən ilin bu günü xidməti vəzifələrini yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan oğullar 1990-cı illərdə Sədərəkdə düşmənə sinəsini sipər edən polis əməkdaşlarının davamçıları idilər. Həmin gün şəhidlik zirvəsinə ucalan oğullar arasında Naxçıvan torpağında dünyaya göz açan Xəzər və Ələsgər də var idi.
Xəzər Zamanov 1998-ci ildə Sədərək rayonunda anadan olub. Silahlı erməni birləşmələrinin təxribat diversiya qrupunun Xocavənddə yerləşdirdiyi minanın partlaması nəticəsində polis serjantı şəhidlik zirvəsinə ucalıb. 7 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncam ilə Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının polis serjantı Xəzər Zamanov “Vətən uğrunda” medalı ilə təltif olunub. O, dünyadan köçən gündən 4 ay sonra dünyaya göz açan Humayı onun yadigarı, davam edən həyatı oldu.
Şəhid polis Ələsgər Əsgərov da öz silahdaşları ilə birlikdə həmin gün Vətən qarşısında son vəzifəsini yerinə yetirib əbədiyyət qazandı. Bu xalqın sülh göyərçini oldu. Bu gün, onun anım günündə Əliabad qəsəbəsində məzarı başına toplaşan insanlar məzar daşından baxan Vətən sevgisi ilə parlayan gözlər görür. Bir ovuc torpaq yox, bütöv bir Vətən görür. Həyata doymayan gənc simasında həyat görür, əbədi həyat. Onun timsalında qəhrəman Azərbaycan polisini görür.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər