ADF 2026: Azərbaycanın qlobal siyasətdə artan rolu...
13:55 18.04.2026
0
0
1
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Azərbaycanın əsas hissəsini Naxçıvanla, daha sonra Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi Orta Dəhlizi tamamlayacaq alternativ quru marşrutu olacaq.
"Şərq qapısı" xəbər verir ki, bu fikri Qazaxıstan Xarici İşlər Nazirliyi nəzdində Xarici Siyasət Araşdırmaları İnstitutunun eksperti Almat Toyekinin “Kazinform” agentliyinin saytında dərc olunmuş məqaləsində ifadə edib.
Qazaxıstanlı ekspert bildirib: “Vaşinqtonda əldə olunmuş razılaşma beynəlxalq TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) layihəsinin həyata keçirilməsinə hazırlıqla nəticələndi. Bu layihə, həmçinin modernləşdirilmiş Zəngəzur dəhlizi kimi də tanınır. Layihənin məqsədi Azərbaycanla Naxçıvan arasında, daha sonra isə Türkiyə ilə birbaşa əlaqəni təmin etmək və Orta Dəhlizi tamamlayan alternativ quru marşrutu yaratmaqdır”.
Almat Toyekin qeyd edib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vaşinqton sənədini “tarixi əhəmiyyətli nailiyyət” adlandıran ilk şəxslərdən biri olub. “Sazişlərin imzalanmasından cəmi iki ay sonra 30 ildə mümkün görünməyən bir hadisə baş verdi: Azərbaycan Ermənistan üçün tranzit məhdudiyyətlərini aradan qaldırdı və yeni logistika sxemi ilə daşınan ilk yük Qazaxıstan taxılı oldu. Qazaxıstan taxılını daşıyan ilk qatar Ermənistana çatdı. On beş vaqondan ibarət pilot göndəriş təkcə yeni logistika marşrutu açmaqla kifayətlənmədi, həm də regionundakı bütün ölkələrin maraqlarını nəzərə alan nəqliyyat dəhlizinin yaranmasını qeyd etdi və Qazaxıstan bu sahədə əsas aktora çevrilir”, -deyə ekspert vurğulayıb.
Qazaxıstanlı politoloq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Astanaya səfəri zamanı Ermənistana Qazaxıstan taxılının tədarükü üçün Azərbaycan ərazisindən tranzit dəhlizləri açmağa hazır olduğunu bildirib və bu, artıq həyata keçirilib. “Bu addım bir daha təsdiqləyir ki, Vaşinqtonda imzalanan sənəd nəzərəçarpacaq praktik nəticələrini verməyə başlayır. Ümid edirəm ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlər tədricən yaxşılaşacaq, sərhədlər açılacaq, diplomatik münasibətlər qurulacaq”, -deyə Almat Toyekin qeyd edib.
Digər xəbərlər