NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Peşəkar mühasib sertifikatı imtahanının birinci mərhələsi keçirilib

...

Bu gün Dövlət İmtahan Mərkəzi  tərəfindən peşəkar mühasib sertifikatı imtahanının birinci  mərhələsi keçirilib.  İmtahanda namizədlərə seçdiyi peşəkar mühasib sertifikat növü üzrə mühasibat uçotundan 40 test tapşırığı təqdim olunub. “Şərq qapısı” xəbər verir ki, Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin binasında keçirilən imtahanda 78 namizəd iştirak edib. İmtahanın idarə olunmasına 1 rəhbər, 7 nəzarətçi ayrılıb. 
İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib.

Nəşr edilib : 22.09.2024 13:18