NAXÇIVAN :

27 Sentyabr 2026, Bazar

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

...

Türkiyənin Milli Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
“Şərq qapısı” xəbər verir ki, qardaş ölkənin nazirliyi Azərbaycan şəhidlərinin xatirəsini ehtiramla yad edib, qazilərə minnətdarlığını bildirib.
“Qardaş ölkənin işğal olunmuş ərazilərinin azad olunması yolunda şəhid olan qəhrəman şəhidlərin xatirəsini ehtiramla yad edir, qazilərə can sağlığı və xoşbəxt həyat arzulayırıq”, - deyə paylaşımda qeyd olunur.

Nəşr edilib : 27.09.2026 18:42