Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştl...
12:51 30.09.2026
0
0
0
Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması, xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi məqsədilə cari ilin sentyabr ayı ərzində 5 depozit hərracı keçirilib.
Nazirlikdən bildirilib ki, hərraclarda ümumilikdə xəzinə hesabının 87 milyon manat məbləğində qalığı 28 və 84 gün müddətlərinə 6,5 faiz orta çəkili faiz dərəcəsi ilə ölkənin kommersiya banklarında müddətli depozitlərə yerləşdirilib.
Qeyd edək ki, xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi mexanizmi “Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları” ilə müəyyən olunur. Maliyyə Nazirliyi bu kimi alətlər vasitəsi ilə dövlət vəsaitlərinin idarə olunmasında yeni yanaşmaların tətbiqini genişləndirməklə dövlət büdcəsində əlavə daxilolmaların formalaşdırılmasını təmin edir. Eyni zamanda, vəsaitlərin kommersiya banklarında yerləşdirilməsi bank sektorunda likvidliyin artmasına töhfə verir.
Digər xəbərlər