NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Ordubadda çörək emalı müəssisəsində nöqsanlar aşkar edilib

...

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Ordubad rayonu, Xanağa kəndində fəaliyyət göstərən Ağayev Allahverdi Muxtar oğluna məxsus çörək emalı müəssisəsində bir sıra nöqsanlar aşkar edilib. 
"Şərq qapısı" xəbər verir ki, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi aşkarlanıb. Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib. Agentlik tərəfindən bu kimi halların baş verməməsi məqsədilə bütün qida obyektləri dəfələrlə maarifləndirilib və müvafiq göstərişlər verilib. Verilən tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri  tədbirlər görüləcəkdir.

Nəşr edilib : 10.09.2025 16:06