NAXÇIVAN :

19 Oktyabr 2026, Bazar ertəsi

Naxçıvan şəhərinin bir sıra ərazilərində elektrik enerjisinin təchizatı dayandırılacaq

...

Avqustun 20-də 110/35/10 kV-luq "Xalçaçılıq" yarımstansiyasında “AzərEnerji” ASC-nin "Naxçıvan Enerji" MMC tərəfindən aparılan yenidənqurma işləri ilə əlaqədar 1, 9, 13, 16, 19, 25, 33 və Xalçaçılıq 10 kV-luq hava elektrik verilişi xətlərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) "Şərq qapısı"na verilən məlumata görə, bununla əlaqədar sabah saat 03:30-dan 04:30-dək Naxçıvan şəhərinin İstiqlal küçəsində yerləşən 111, 113, 115, 117 və 129 nömrəli yaşayış binalarında, Abbasqulubəy Şadlinski, Nizami Gəncəvi, İlqar Ələkbərov, Səməd Vurğun, Xətai və Vüqar Abbasov küçələrində, 54, 56, 59, 60 və 61-ci, Əcəmi məhəllələrində, Əliabad qəsəbəsində  elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Qeyd edək ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. Görülən işlər başa çatdırıldıqdan sonra qeyd olunan ərazilərin abonentlərinin daha keyfiyyətli, etibarlı və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

Nəşr edilib : 19.08.2026 19:08