NAXÇIVAN :

19 Avqust 2026, Çərşənbə

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

...

Avropa və Mərkəzi Asiya Regional Mükəmməllik Mükafatlarına təqdim edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi Beynəlxalq Yol Federasiyası (BYF Qlobal) tərəfindən İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib.
"Şərq qapısı" xəbər verir ki, 1c texniki dərəcəli, 4–6 hərəkət zolaqlı yolun tərkibində 7 tunel, 9 viaduk, 11 körpü, 76 yeraltı və ehtiyat keçid yer alır. Tunellərin ümumi uzunluğu 6,3 kilometrdən çox, ən uzun tunel isə 3,34 kilometrdir.

Nəşr edilib : 19.08.2026 20:50