Naxçıvan şəhərinin bir sıra ərazilərində elektrik ...
19:08 19.08.2026
0
0
0
"Şərq qapısı" xəbər verir ki, hadisə Şəkərabad kəndi yolunda qeydə alınıb. Belə ki, "Chevrolet" markalı avtomobil dönmə hərəkəti zamanı 2 motosikletlə toqquşub. Qəza zamanı 2005-ci il təvəllüdlü Ümmətov Kamil Nəsimi oğlu, 1993-cü il təvəllüdlü Əliyev İmran Rafiq oğlu və 2004-cü il təvəllüdlü Cəfərov Rəhim Niyaməddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər