Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma pro...
13:50 02.05.2026
0
0
0
Azərbaycanda 30 İordaniya şirkəti qeydiyyatdan keçib və onlardan 19-u qeyri-neft sektorunda aktiv fəaliyyət göstərir.
"Şərq qapısı" xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev Bakıda keçirilən Azərbaycan-İordaniya Hökumətlərarası Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq Komissiyasının dördüncü iclasında bildirib.
“Buna görə də biz bu şirkətlərlə işimizi gücləndirməli və Azərbaycan şirkətlərinin də İordaniya bazarında iştirakı üçün müvafiq platforma yaratmalıyıq. Azərbaycan İordaniyadan əczaçılıq məhsulları, pestisidlər, nitratlar, tütün məhsulları və digər mallar idxal edir. Biz inanırıq ki, hər iki ölkənin ixrac edə biləcəyi malların çeşidi daha genişdir və şirkətlərimiz, müvafiq qurumlarımızla birlikdə bu seqmenti genişləndirməyə çalışacağıq”, - deyə nazir qeyd edib.
Digər xəbərlər