Astanada Azərbaycan mədəniyyəti və qastronomiyası ...
22:44 28.04.2026
0
0
0
Bu gün Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan Sərəncama əsasən sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən bir qrup şəxs “Tərəqqi” medalı ilə təltif edilib.
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının üzvü, “Bizim qida” MMC-nin rəhbəri Vaqif Əliyev də “Tərəqqi” medalına layiq görülənlərdəndir. Ölkə rəhbəri tərəfindən təltif olunan Vaqif Əliyevlə həmsöhbət olaraq onun təəssüratlarını öyrəndik.
Vaqif Əliyev bildirdi ki, 2008-ci ildən etibarən Naxçıvan Muxtar Respublikasında “Azərsun Holdinq”in nümayəndəsi kimi fəaliyyət göstərir.
Təltifə görə minnətdarlığını bildirən V.Əliyev qeyd etdi ki, sahibkarlara göstərilən diqqət və qayğı onların daha da inkişaf etməsinə, fəaliyyətlərini genişləndirməsinə mühüm töhfə verir: “Bu gün sahibkarlıq sahəsində əldə olunan uğurlar dövlətin dəstəyi sayəsində mümkün olub. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yaradılan bu şərait bizim işimizi daha da genişləndirməyə imkan yaradır. "Tərəqqi" medalı ilə təltif olunduğuma görə minnətdarlığımı bildirirəm”.
Sonda Vaqif Əliyev Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafı üçün yaradılan əlverişli şəraitə görə dərin təşəkkürünü ifadə edərək, yaradılan münbit şəraitin onlara böyük imkanlar verdiyini də qeyd edib.
Zəhra VƏLİYEVA
Digər xəbərlər