NAXÇIVAN :

17 Sentyabr 2026, Cümə axşamı

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 16,7 faiz artıb

...

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə, ümumilikdə, 35 lisenziya verilib. "Şərq qapısı" Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, verilmiş lisenziyaların sayı ötən ilin müvafiq dövrünə nisbətən 16,7 faiz artıb.
Cari ilin 8 ayı ərzində Naxçıvan Muxtar Respublikasının müvafiq qurumlarının verdiyi 4802 icazə reyestrdə qeydiyyata alınıb, verilmiş icazələr əsasında dövlət büdcəsinə 114,1 min manat vəsait daxil olub.

Nəşr edilib : 17.09.2026 14:23