Enerji diplomatiyasında yeni mərhələ
23:30 07.04.2025
0
0
0
Fevralın 28-də Naxçıvan Təlim Mərkəzinin təşkilatçılığı ilə keçirilən təlimdə mərkəzin İdarə Heyətinin sədri Tağı Tağızadə çıxış edərək bildirib ki, təlimlərin keçirilməsində əsas məqsəd dövlət orqanlarında çalışan işçilərin, gənclərin peşəkar və şəxsi inkişafının dəstəklənməsidir. Qeyd olunub ki, mərkəz tərəfindən qısa müddət ərzində müxtəlif mövzularda təşkil edilən bir çox təlimlərdən iştirakçılar faydalanıblar.
Tağı Tağızadə təlimin işinə uğurlar arzulayıb.
Təlimçi uzun illərdir, müxtəlif universitetlərin MBA proqramlarında insan resurslarının idarə edilməsi, liderlik və təşkilatı davranış, beynəlxalq idarəetmə və strateji idarəetmə mövzularını tədris edən Allahverdi Bağırov olub. O, lider və menecerin fərqi, idarəetmədə müasir yanaşma, formal və informal liderlər, emosional intellekt, işçi heyətinin inkişafı və digər mövzularda iştirakçılara məlumat verib.
Təlimin gedişində iştirakçıların fikirləri dinlənilib, sualları cavablandırılıb.
Qeyd edək ki, təlim iki hissədən ibarət olub. Birinci hissədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşları, nazir müavinləri, yerli icra hakimiyyəti və digər orqanların rəhbər şəxsləri, ikinci hissədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin əməkdaşları, dövlət qurumlarında çalışan şöbə və sektor müdirləri iştirak edib.
Güntac ŞAHMƏMMƏDLİ
Digər xəbərlər