NAXÇIVAN :

20 Yanvar 2026, Çərşənbə axşamı

Naxçıvanda müsahibə mərhələsini keçən 44 namizəd vergi orqanlarının kadr ehtiyatına daxil edilib

...

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə işə qəbulla əlaqədar cari il martın 18-də elan olunmuş müsabiqə başa çatıb. 
Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, muxtar respublikanın dövlət vergi orqanlarına işə qəbulla bağlı, ümumilikdə, 357 müraciət daxil olub və onlardan 227 namizəd müsabiqədə iştirak hüququ qazanıb.
Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci il mayın 17-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirilib. 109 namizəd müsabiqə şərtini ödəyərək ikinci mərhələyə – müsahibəyə buraxılıb. Müsahibə mərhələsini müvəffəqiyyətlə keçən 44 namizəd vergi orqanlarının kadr ehtiyatına daxil edilib.
Uğur qazanan namizədlər kadr ehtiyat bazasından mütəmadi qaydada vakant vəzifələrə təyin olunacaqlar. Müsahibənin nəticəsi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (www.taxes.gov.az və www.ntaxes.gov.az) rəsmi internet səhifəsidən tanış ola bilərsiniz. (https://bit.ly/nəticələr)

Nəşr edilib : 04.07.2025 19:11