Milli Kitabxanada “Bеynəlxalq Söz və Mətbuat Azadl...
11:08 03.05.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Beynəlxalq Könüllülər Günü ilə əlaqədar könüllü gənclərin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə görüşü təşkil olunub. Dekabrın 5-i Naxçıvan şəhərində keçirilən tədbirdə şəhid Vaqif Rəcəbovun anası Məryəm Rəcəbova, qardaşı Emil Rəcəbov, şəhid Pərviz Məmmədzadənin anası Pərvanə Cəfərova, eləcə də 44 günlük Vətən müharibəsinin iştirakçıları olan baş leytenant Elçin Əliyev və baş gizir Ceyhun Hüseynov, nazirliyin əməkdaşları və könüllülər iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva qonaqları salamlayaraq 5 dekabr – Beynəlxalq Könüllülər Günü ilə əlaqədar olaraq könüllü gənclərin şəxsi və intellektual inkişafı, vətənpərvərlik ruhunun gücləndirilməsi, asudə vaxtının səmərəli təşkili, eləcə də fəaliyyətinin qiymətləndirilməsi məqsədilə müxtəlif tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb, görüşün əhəmiyyəti barədə fikirlər səsləndirib.
Şəhid yaxınları, o cümlədən müharibə iştirakçısı olan hərbçilərimiz görüşdən məmnunluğunu ifadə edərək diqqəti Vətən torpağı uğrunda gedən döyüşlərə könüllü kimi qatılan oğul və qızların şücaətinə yönəldiblər. Qeyd olunub ki, Vətən müharibəsinin ilk günlərindən torpaq uğrunda mübarizəyə könüllü qatılan gənclərimiz əsl qəhrəmanlıq və fədakarlıq nümunəsi göstəriblər. Onların səngərdəki iradəsi, çətin şəraitdə bir-birinə dayaq olmaları, Vətən sevgisini hər şeydən üstün tutmaları bu günün gənclərinə ən böyük örnək kimi dəyərləndirilib. Şəhid ailələri və müharibə iştirakçıları bildiriblər ki, gənclərin bu irsi yaşatmaq, qəhrəmanlarımızın adını uca tutmaq istiqamətində göstərdikləri fəaliyyət həm mənəvi borcun yerinə yetirilməsinə, həm də gənc nəslin milli ruhda formalaşmasına mühüm töhfə verir.
Görüş zamanı gənclər xüsusi qonaqlarla bir masa arxasında səmimi söhbətlər edərək şəhidlərimizin Vətən sevdasının yaddaşlarda dərin iz buraxdığını, onlarla qürur duyduqlarını və xatirələrini daim əziz tutduqlarını ifadə ediblər.
Digər xəbərlər