Bozumbayev: Rusiya və Azərbaycan aviaqəzanın krimi...
22:12 26.12.2024
0
0
0
NAXÇIVAN :
26 Dekabr 2024, Cümə axşamı
Oktyabrın 26-da Naxçıvan şəhərindəki “Saat Meydanı” İstirahət Mərkəzində “GreenFest”in açılışı olub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Festivalın açılış tədbirində çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli Naxçıvanda “GreenFest”in COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirildiyini qeyd edib. COP29-un Azərbaycan üçün həm siyasi, həm də iqtisadi baxımdan əhəmiyyətinə toxunan Samir Seyidəhmədli bildirib ki, eyni zamanda bu tədbir Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə verdiyi dəstəyi bir daha göstərir və ölkəmizin ekoloji problemlərin həllinə sadiqliyini nümayiş etdirir. Bu mənada, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin və Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizdə, bütövlükdə, iqlim dəyişikliyi sahəsində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsi kimi yüksək dəyərləndirilməlidir.
“GreenFest”in də vacib dövrdə keçirildiyini və özlüyündə mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan Samir Seyidəhmədli əminliklə ifadə edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 ölkəmizdə uğurla keçiriləcək, Azərbaycan bir daha dünyanı narahat edən məsələlərə münasibətdə öz sözünü və ədalətli mövqeyini ortaya qoyacaqdır.
Muxtar respublikada COP29 və “Yaşıl dünya naminə həmrəlik ilinə hazırlıq”la bağlı yaradılmış İşçi qrupunun rəhbəri, Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini icra edən Hüseyn Səfərov Naxçıvanda bu istiqamətdə görülən tədbirləri diqqətə çatdırıb. Qeyd edib ki, 2024-cü il fevralın 23-də Naxçıvanda bununla bağlı müşavirə keçirilib, işçi qrupu yaradılıb və bu istiqamətdə muxtar respublikada görüləcək tədbirlər müəyyənləşdirilib. Həmçinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda ətraf mühitin mühafizəsinin gücləndirilməsi əsas fəaliyyət istiqaməti kimi müəyyən edilib. Sözügedən Tədbirlər Planında maarifləndirmə, yaşıllaşdırma və bioloji müxtəliflik sahəsində, ətraf mühitin sağlamlaşdırılması, tullantıların idarə edilməsi sahəsində tədbirlərin keçiriləcəyi nəzərdə tutulub. Artıq həmin tədbirlərin böyük hissəsi başa çatmaq üzrədir. “GreenFest” də bu işlərin davamı kimi mühüm əhəmiyyət daşıyır.
“GreenFest” çərçivəsində keçirilən ekoloji startap layihələrinin qalibləri mükafatlandırılıb, sərgi ilə tanışlıq olub.
Məlumat verilib ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər, Ədliyyə, Gənclər və İdman, Təhsil nazirlikləri, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Dövlət Energetika Xidməti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən sərgi ətraf mühitin mühafizəsinə həsr olunub və müasir ekoloji problemlərin elm, texnologiya, startap təqdimatları və müxtəlif stendlər vasitəsilə ictimaiyyətə çatdırılması məqsədi daşıyır.
Qeyd edək ki, festivalda dövlət və hökumət rəsmiləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları və ictimaiyyət nümayəndələri iştirak edib.
Digər xəbərlər