İspaniya Krallığı Deputatlar Konqresinin sədri Azə...
22:32 22.01.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın 10 bələdiyyəsinə məxsus 8 torpaq sahəsinin mülkiyyətə, 5 torpaq sahəsinin isə icarəyə verilməsi ilə bağlı hərrac keçirilib.
Rəqabətli keçən hərrac prosesində qeydiyyatdan keçən 26 sifarişçi iştirak edib. Nəticədə, hərraca çıxarılan 8 torpaq sahəsi mülkiyyətə, 5 torpaq sahəsi isə icarəyə verilib. 13 sahibkar hərracın qalibi olub.
Diqqətə çatdıraq ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin növbəti hərracı 22 iyul 2025-ci il tarixdə Heydər Əliyev prospekti 06 ünvanında yerləşən Hərracların Təşkili Mərkəzinin inzibati binasında təşkil olunacaq.
Ətraflı məlumatı Əmlak Məsələləri Dövlət Xidmətinin http://emlak.nakhchivan.az/ və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin http://auksion.nmr.az rəsmi saytlarından əldə etmək olar.
Digər xəbərlər