NAXÇIVAN :

02 May 2026, Şənbə

Naxçıvanda hərrac yolu ilə 5 torpaq sahəsi mülkiyyətə verilib

...

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın 5 bələdiyyəsinə məxsus torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı hərrac keçirilib.

Əmlak Məsələləri Dövlət Xidmətindən "Şərq qapısı"na bildirilib ki, hərrac prosesində qeydiyyatdan keçən 10 sifarişçi iştirak edib. Nəticədə, hərraca çıxarılan 5 torpaq sahəsi mülkiyyətə verilib. 5 sahibkar hərracın qalibi olub.

Qeyd edək ki, 25 noyabr və 16 dekabr 2025-ci il tarixlərdə nəqliyyat vasitələrinin, 9 dekabr 2025-ci il tarixdə torpaq sahələrinin, 17 dekabr 2025-ci il tarixdə isə qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı hərraclar keçiriləcək.
Hərraclarla bağlı ətraflı məlumatı Əmlak Məsələləri Dövlət Xidmətinin (http://nemlak.gov.az/az/)  və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin (http://nauksion.gov.az) rəsmi saytlarından əldə etmək olar.

Nəşr edilib : 20.11.2025 17:47