Azərbaycan müsəlmanlar arasında həmrəyliyin güclən...
14:27 03.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
Azərbaycan Respublikası ərazisində radioefirə fasiləsiz nəzarətin təmin edilməsi məqsədilə növbəti mühüm addım atılıb. Belə ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Radiotezliklər İdarəsi tərəfindən sistemli şəkildə aparılan silsilə tədbirlərin davamı olaraq bu günlərdə Dövlət Radiotezliklər İdarəsi və Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mütəxəssislərinin birgə fəaliyyəti nəticəsində Naxçıvan şəhərində avtonom radiomonitorinq stansiyasının qurulması və istifadəyə verilməsi uğurla tamamlanıb.
Layihə çərçivəsində hər iki qurumun əməkdaşlarının səyi nəticəsində qısa müddətdə günəş panelli avtonom enerji sistemi üzərində qurulmuş, proqram təminatı əsaslı SDR radioqəbuledici və onun komplektləşdiricilərindən ibarət müasir radiomonitorinq stansiyasının layihələndirilməsi və montajı icra edilib. Stansiya vasitəsilə ilk dəfə olaraq məsafədən olmaqla real vaxt rejimində Naxçıvan şəhərində yerli və kənar radioyayımlara nəzarət imkanı əldə edilmişdir.
Radiomonitorinq stansiyası tamamilə günəş enerjisi ilə fasiləsiz fəaliyyət göstərməklə 7/24 rejimdə qeyd edilən ərazidə radiotezlik spektrinə daha çevik şəkildə nəzarətin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Dövlət Radiotezliklər İdarəsi və Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə əməkdaşlığı ilə reallaşdırılan bu layihə respublikada radiomonitorinq infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsi istiqamətində növbəti uğurlu addımdır.
Digər xəbərlər