NAXÇIVAN :

07 Dekabr 2025, Bazar

Naxçıvanda ən çox qoyulan qız və oğlan adları məlum olub

...

Naxçıvan Muxtar Respublikasında cari ildə doğumu qeydə alınmış körpələr arasında ən çox qoyulan adlar açıqlanıb.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyindən “Şərq qapısı”na bildirilib ki, kişi cinsindən olan körpələrə ən çox Uğur, Əli, Hüseyn, Yusif, Raul, Alparslan, Atilla və Məhəmməd adları verilib.
Qadın cinsindən olan körpələrə isə Zəhra, Aylin, Nilay, Zeynəb, Ayla, İnci, Melisa, Alisa və Miray kimi adların verilməsi üstünlük təşkil edib.

Nəşr edilib : 14.11.2025 09:46