Prezident İlham Əliyevin sosial media hesablarında...
13:49 18.04.2026
0
0
0
"Naxçıvanda payızlıq əkin mövsümü davam edir. İndiyədək muxtar respublikanın bütün rayonlarında, ümumilikdə, 11 min hektardan artıq sahədə şum qaldırılıb, 8 min hektara yaxın ərazidə isə payızlıq səpin aparılıb. Əkin prosesinin effektivliyini artırmaq məqsədilə bölgələrə 1000-dən çox kənd təsərrüfatı texnikası – traktorlar, səpin aqreqatları və torpaq yumşaldıcıları cəlb edilib".
Bu sözləri "Şərq qapısı"na açıqlamasında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Məhəmməd Zeynalov deyib.
O qeyd edib ki, bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan səyyar aqronom xidməti də fəaliyyətini davam etdirir. Mütəxəssislər fermerlərə toxum seçimi, səpin norması, torpaq hazırlığı və suvarma ilə bağlı praktiki məsləhətlər verirlər.
Məhəmməd Zeynalov bildirib ki, əkin və suvarma prosesləri üzrə bütün rayonlarda gündəlik monitorinqlər aparılır.
“Fermerlərlə mütəmadi iş aparılır və sahələrdə vəziyyətin operativ qiymətləndirilməsi davam etdirilir. Cari mövsümdə yağıntıların əvvəlki illərlə müqayisədə az olması suvarma prosesinə müəyyən təsir göstərir. Mövcud resurslardan səmərəli istifadə olunması və fermerlərin ehtiyaclarının vaxtında qarşılanması məqsədilə zəruri tədbirlər görülür”, – deyə nazirlik rəsmisi əlavə edib.
Digər xəbərlər