NAXÇIVAN :

02 May 2026, Şənbə

Naxçıvanda 3 nəqliyyat vasitəsi hərrac yolu ilə özəlləşdirilib

...

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın dövlət qurumlarına məxsus 7 nəqliyyat vasitəsinin özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib.
3 nəqliyyat vasitəsinin hərracında iştirak etmək üçün 6 sifarişçi qeydiyyatdan keçib. Rəqabətli keçən prosesdə nəqliyyat vasitələri üzrə 3 qalib müəyyənləşdirilib.  
Digər 4 nəqliyyat vasitəsinə isə sifariş olmadığından həmin hərraclar baş tutmamış hesab edilib. 
Qeyd edək ki, nəqliyyat vasitələrinin özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 16 dekabr 2025-ci il tarixdə keçiriləcəkdir. Ətraflı məlumatı və nəqliyyat vasitələrinin siyahısını Əmlak Məsələləri Dövlət Xidmətinin (http://nemlak.gov.az/az/)  və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin (http://nauksion.gov.az) rəsmi saytlarından əldə etmək olar.

Nəşr edilib : 25.11.2025 16:20