NAXÇIVAN :

15 Yanvar 2026, Cümə axşamı

Naxçıvan Təlim Mərkəzi tərəfindən keçirilən ilk “Microsoft Excel” təlimi uğurla başa çatdı

...

Naxçıvan Təlim Mərkəzinin ilk dəfə təşkil etdiyi “Microsoft Excel” təlimi dekabrın 3-də uğurla yekunlaşıb. Təlimin son günündə iştirakçıların bilik və bacarıqlarını qiymətləndirmək məqsədilə sertifikasiya imtahanı keçirilib. İmtahanda Naxçıvan Muxtar Respublikasının müxtəlif dövlət qurumlarında çalışan 11 əməkdaş iştirak edib. Onlar təlim müddətində əldə etdikləri bilikləri praktiki tapşırıqlar üzərindən nümayiş etdiriblər. Təlim proqramı ərzində iştirakçılara məlumatların emalı və təhlili, info cədvəl və hesabatların hazırlanması, funksiyaların tətbiqi, məlumat idarəetmə metodları və “Excel”in dövlət idarəçiliyində səmərəliliyi artıran əsas üstünlükləri barədə geniş biliklər verilib. Təlim prosesini təcrübəli təlimçi Qönçə İsmayılova aparıb.
Bu təlim dövlət idarələrində rəqəmsal bacarıqların gücləndirilməsi, hesabatların avtomatlaşdırılması və analitik düşünmə vərdişlərinin inkişafı baxımından mühüm addım kimi dəyərləndirilir. Təlimi uğurla tamamlayan iştirakçılara rəsmi sertifikatlar təqdim olunacaq.
Naxçıvan Təlim Mərkəzi gələcəkdə də dövlət qulluqçularının peşəkar inkişafına, rəqəmsal transformasiyanın gücləndirilməsinə və müasir idarəetmə standartlarının tətbiqinə yönəlmiş yeni təlim proqramlarını davam etdirməyi planlaşdırır.

Nəşr edilib : 04.12.2025 11:11