Genderlə bağlı növbəti təlim keçirilib
19:10 22.11.2024
0
0
0
NAXÇIVAN :
22 Noyabr 2024, Cümə
Naxçıvan Su-Kanalizasiya İdarəsi tərəfindən payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər görülür.
İdarədən “Şərq qapısı”na bildirilib ki, cari ilin Tədbirlər Planına uyğun olaraq Naxçıvan şəhərinin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə müxtəlif istiqamətlərdə, o cümlədən Əliabad qəsəbəsi, S.C.Pişəvəri, Əziz Əliyev, Azərbaycan küçələrində, 1-ci, 11-ci, 21-ci, Babək, Əlincə və Ə.Qəmküsar məhəllələrində yeni siyitmələr quraşdırılıb, yararsız vəziyyətdə olan siyirtmələr isə təmir edilərək saz vəziyyətinə gətirilib. Məqsəd gələcəkdə həmin ərazilərdə baş verməsi ehtimal edilən qəzalar zamanı su itkisinin, eləcə də əhalinin su təminatında fasilələrin minimum səviyyədə saxlanılması və qəzanın dərhal aradan qaldırılmasıdır.
Ümumilikdə, 2024-cü ilin avqust-oktyabr aylarında 13 siyirtmə yenisi ilə əvəz olunub, 7 siyirtmə isə əsaslı şəkildə təmir edilib. Əhalinin su təminatında uzunmüddətli fasilələrin yaranmaması üçün təmir işləri gecə saatlarında aparılıb. Hazırda mövsümə hazırla bağlı tədbirlər davam etdirilir.
Digər xəbərlər