NAXÇIVAN :

25 Avqust 2026, Çərşənbə axşamı

Türkiyədə qazıntılar zamanı 11 min illik unikal heykəl tapılıb

...

Türkiyənin Şanlıurfa vilayətində yerləşən Karahantəpə arxeoloji qoruğunda aparılan qazıntılar zamanı təxminən 11 min il əvvələ aid unikal kompozit heykəl aşkar edilib.

"Şərq qapısı"nın məlumatına görə, 70 santimetr hündürlüyündə olan bu nadir sənət əsəri bəbirin belində oturan insanı təsvir edir. Heykəl diametri 3 metr olan, döşəməsi yastı daşlarla örtülmüş tikilidə tapılıb. O, divar boyunca uzanan platformanın üzərində, təxminən 11 min il əvvəl qoyulduğu ilkin yerində qorunub saxlanılıb.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, bu kəşf insanlıq tarixinin erkən dövrləri ilə bağlı yeni suallar doğuracaq və elm dünyasında geniş əks-səda yaradacaq.

Qeyd edək ki, tarixi tapıntı Türkiyədə həyata keçirilən “Gələcəyə Miras” layihəsi çərçivəsində üzə çıxarılıb.

Nəşr edilib : 25.08.2026 12:11