NAXÇIVAN :

24 Yanvar 2025, Cümə

Naxçıvan MR-də sosial sahə üzrə geniş elektronlaşdırma proqramı icra olunur

...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Naxçıvan Muxtar Respublikasının (MR) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə işləri nəticəsində muxtar respublikada 2023-cü ilin ortalarından əmək, məşğulluq, sosial müdafiə sahələrində geniş elektronlaşdırma proqramı icra olunur.

ƏƏSMN-dən verilən məlumata görə, muxtar respublikada sosial sahə üzrə artıq 50-dən çox proaktiv xidmət fəaliyyətdədir və bölgədə 22 mindən çox pensiya, müavinət və təqaüd elektron sistemlər üzərindən proaktiv qaydada təyin edilib. Onlardan 11 mini pensiya, qalan hissəsi müavinət və təqaüdlər olub. Beləliklə, sosial ödənişlər onları almağa hüququ yaranmış şəxslərin müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan proaktiv qaydada təyin edilib.

Muxtar respublikada, həmçinin əlillik və ünvanlı sosial yardım sistemlərinin də elektronlaşdırılması, proaktiv qaydada sosial sığorta nömrəsi verilməklə e-fərdi şəxsi hesabların açılması xidmətlərinin qurulması təmin edilib.

Sakinlər üçün “Əmək və Məşğulluq” altsistemindən, “e-sosial” portalından, o cümlədən portal üzərindən “Pensiya kalkulyatoru” xidmətindən faydalanmaq, e-arayışlar əldə etmək və s. imkanlar da yaradılıb. Ötən dövrdə muxtar respublika üzrə 15 minədək e-arayış əldə olunub.

Nəşr edilib : 23.01.2025 17:52