Vladimir Putin Sahibə Qafarovanı “Dostluq” ordeni ...
20:04 10.03.2025
0
0
0
Naxçıvan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, “Zeyd” Döyüş Mərkəzinin uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında I MMA turniri keçirilib. Bakı İdman Sarayında 3 gün davam edən yarışda 62 klubu təmsil edən 459 idmançı iştirak edib.
“Turan” Döyüş Klubunun baş məşqçisi Xəyal Abdullayevin rəhbərliyi ilə Naxçıvandan yarışa 15 idmançı qatılıb. Klub idmançıları 4-ü qızıl, 2-si gümüş və 5-i bürünc olmaqla, ümumilikdə, 11 medal əldə ediblər. Bu göstərici ilə “Turan” yekun komanda sıralamasında yüksək nəticə göstərən 4-cü klub olub.
Təmsilçilərimizdən Nurəddin Əliyev (39 kq) 2008-2009-cu il, Əli Əbilov (42 kq) 2012-ci il, Rəhim Quluzadə (38 kq) 2010-2011-ci il, İsmayıl Hüseynzadə isə (85 kq) 2008-2009-cu il təvəllüdlülər arasında bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar.
Digər xəbərlər