NAXÇIVAN :

19 Yanvar 2026, Bazar ertəsi

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının üzvləri 1-ci Uşaq Rəqs Festivalında iştirak edib

...

Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 1-ci Uşaq Rəqs Festivalı keçirilib.

Festivalda iştirak edən Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs qrupunun üzvlərinə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, festivalın əsas məqsədi uşaqlar arasında rəqs sənətinə marağı artırmaq, onların yaradıcılıq bacarıqlarını üzə çıxarmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək və mədəni müxtəlifliyi təşviq etməkdir.

Nəşr edilib : 17.11.2025 09:35