Naxçıvan Muxtar Respublikasında 22 noyabra olan ha...
23:23 21.11.2024
0
0
0
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetininin Musiqi Kollecində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya yaşıl təfəkkürdən başlayır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva çıxış edərək mövzunun əhəmiyyətdən danışıb.
Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov, Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi ədliyyə müşaviri İsfəndiyar Qasımov və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Əli Əlizadə mövzu ilə bağlı çıxış ediblər.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb. Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub.
Digər xəbərlər