NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvan Dövlət Milli Dram Teatrının sentyabr repertuarı açıqlanıb

...

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı yeni mövsümə maraqlı tamaşalarla start verir. Teatr rəhbərliyi sentyabr ayı üçün nəzərdə tutulan repertuarı açıqlayıb.
Repertuarın açılışı 13 sentyabr tarixdə Üzeyir Hacıbəylinin sevilən əsəri “O olmasın, bu olsun” tamaşası ilə olacaq.

20 sentyabrda isə tamaşaçılar iki fərqli səhnə əsərinə şahidlik edəcəklər. Günorta saat 12:00-da balaca izləyicilər üçün “Sehirli yaylıq” adlı uşaq tamaşası nümayiş olunacaq. Axşam saat 19:00-da isə Q.Qorinin “Herostrati unudun” tamaşası səhnələşdiriləcək.

21 sentyabrda V.Hüqonun məşhur əsəri əsasında hazırlanmış “Edama məhkumun son günü” tamaşası tamaşaçılara təqdim ediləcək.
26 sentyabrda dünya dramaturgiyasının klassik nümunələrindən olan S.Bekketin “Qodonu intizarında” əsəri tamaşaya qoyulacaq.

Son tamaşa isə 28 sentyabrda olacaq. Bu dəfə teatr səhnəsində “Ruhun meracı” adlı meditasiya konserti təqdim ediləcək.
Qeyd edək ki, tamaşalar üçün biletləri iTicket.az vasitəsilə əldə etmək mümkündür.

Nəşr edilib : 19.08.2025 15:53