NAXÇIVAN :

20 May 2026, Çərşənbə

Muxtar respublikada xarici ticarət dövriyyəsi 18,4 faiz artıb

...

2026-cı ilin yanvar-aprel ayları ərzində Naxçıvan Muxtar Respublikasında xarici ticarət dövriyyəsinin həcmi 47,1 milyon ABŞ dolları olmuşdur. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, bunun 42,6 milyon ABŞ dolları idxalın, 4,5 milyon ABŞ dolları isə ixracın payına düşmüşdür. 
Ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 18,4 faiz artmışdır.

Nəşr edilib : 19.05.2026 16:32