NAXÇIVAN :

23 Fevral 2025, Bazar

Muxtar respublikada hava şəraiti kəskin pisləşir – qar, şaxta və güclü külək gözlənilir

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə, muxtar respublika ərazisində qeyri-sabit hava şəraiti fevralın 23-dək davam edəcək. Sinoptiklərin məlumatına görə, bölgədə fasilələrlə yağıntılar gözlənilir, bəzi ərazilərdə isə sulu qar və qar yağacağı, eyni zamanda duman müşahidə ediləcəyi gözlənilir.
Şimal-qərb küləyi üstünlük təşkil edəcək və bəzi yerlərdə küləyin sürəti saniyədə 15-18 metr güclənəcək. Havanın temperaturu gecə saatlarında 5-10° şaxta, dağlıq ərazilərdə isə 14°-dək şaxta təşkil edəcək.
Sürücülərə və piyadalara ehtiyatlı olmaları tövsiyə olunur, bəzi yolların buz bağlama ehtimalı var. Qeyri-sabit hava şəraiti ilə əlaqədar sakinlərdən təhlükəsizlik tədbirlərinə riayət etmələri xahiş olunur.

Nəşr edilib : 21.02.2025 22:12