Tədrisi digər dillərdə aparılan siniflərdə Azərbay...
15:39 14.09.2026
0
0
0
Cari ilin yanvar-avqust aylarında muxtar respublikada 365 milyon 829 min 900 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2025-ci ilin müvafiq dövründəki göstəricidən 4,5 faiz çoxdur. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən “Şərq qapısı”na bildirilib ki, sənaye məhsulunun 324 milyon 544 min 800 manatı və ya 88,7 faizi malların, 41 milyon 285 min 100 manatı və ya 11,3 faizi isə xidmətlərin payına düşmüşdür.
Ümumi sənaye məhsulunun 0,2 faizi mədənçıxarma, 83,1 faizi emal, 15,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
Digər xəbərlər