NAXÇIVAN :

03 May 2026, Bazar

Mirziyoyev Azərbaycan Prezidentini Ermənistanla sülh sazişinin paraflanması münasibətilə təbrik edib

...

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevi avqustun 8-də Vaşinqtonda Ermənistanla "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş"in paraflanması münasibətilə səmimi təbrik edib.

"Şərq qapısı"nın Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ş.Mirziyoyev bunu avqustun 22-də Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla yüksək səviyyəli üçtərəfli görüşdə deyib.

Nəşr edilib : 22.08.2025 15:40