NAXÇIVAN :

20 Iyun 2025, Cümə

Mirzə Cəlil muzeyi 27 yaşında

...

"Şərq qapısı" xəbər verir ki, Cəlil Məmmədquluzadənin ev-muzeyinin yaradılmasının 27-ci  ildönümü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə muzeyin direktoru Aytən Ələkbərova açaraq bildirib ki, Azərbaycanın böyük yazıçı və dramaturqu, ictimai xadim, mütəfəkkir Cəlil Məmmədquluzadə 1869-cu ildə Şərqin qədim mərkəzlərindən olan Naxçıvan şəhərində anadan olub.  Ulu Öndər Heydər Əliyev Naxçıvan şəhərində ədibin ev-muzeyinin yaradılması üçün 1998-ci il 19 iyun tarixli Sərəncam imzalayıb. Fəaliyyətə başladığı gündən muzeydə Cəlil Məmmədquluzadə irsinin təbliği və öyrənilməsi muzeyin işinin əsasını təşkil edir. 
Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat muzeyinin direktoru Aləmzər İbrahimova "Cəlil Məmmədquluzadənin Azərbaycanda muzey işinə töhfəsi" , Cəlil Məmmədquluzadənin ev-muzeyinin baş fond mühafizi-elmi işçisi Murad Nəcəfzadə "Mirzə Cəlil muzeyi 27" mövzularında çıxış ediblər. Həmçinin Cəlil Məmmədquluzadənin Nehrəmdəki Xatirə muzeyinin direktoru Gülnarə Sadiqova da Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı barədə öz fikirlərini bildirib.
Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış keçirilib.

Nəşr edilib : 19.06.2025 20:20