NAXÇIVAN :

13 Aprel 2025, Bazar

Məktəblilər arasında II Kimya-Biologiya Olimpiadasının final turu keçirilib

...

Fevralın 8-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə dünyaşöhrətli kimyaçı alim, akademik Yusif Məmmədəliyevə həsr olunmuş VIII-IX sinif şagirdləri arasında  kimya və biologiya fənləri üzrə II Kimya-Biologiya Olimpiadasının final turu  keçirilib. 
 Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə keçirilən olimpiadada rayon turunda qalib olan 187 şagirdin 97 faizi iştirak edib. 
 Olimpiadada şagirdlərə 25 sual təqdim olunub və 3 saat vaxt ayrılıb. 
Olimpiadanın nəticələri ilə bağlı məlumat yaxın günlərdə nazirliyin sosial şəbəkə hesablarında yerləşdiriləcək.
Məlumat üçün bildirək ki, olimpiadanın final  mərhələsinin qalibləri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunacaq. 
Qeyd edək ki,  olimpiadanın təşkilində əsas məqsəd istedadlı şagirdləri aşkar etmək, onların potensial imkanlarının inkişafını təmin etmək, beynəlxalq olimpiadalara namizəd şagirdləri müəyyənləşdirməkdən ibarətdir.

Nəşr edilib : 08.02.2025 14:03