NAXÇIVAN :

15 Yanvar 2026, Cümə axşamı

Məktəblərdə payız tətili başa çatıb

...

Bu gündən ümumi təhsil müəssisələrində payız tətili başa çatıb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Noyabrın 21-i ümumi təhsil müəssisələrində payız tətilindən sonra ilk dərs günüdür.

Xatırladaq ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” qərarına əsasən, ümumi təhsil müəssisələrində payız tətili noyabrın 16-dan 20-dək olan günləri əhatə edir.

Nəşr edilib : 21.11.2025 08:50