NAXÇIVAN :

10 Aprel 2025, Cümə axşamı

Mədəniyyət Nazirliyinin nümayəndələri Xalq artisti Arif Babayevi ziyarət ediblər

...

Fevralın 20-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri Xalq artisti, xanəndəlik məktəbimizin görkəmli nümayəndəsi Arif Babayevi ad günü münasibətilə evində ziyarət ediblər.

Mədəniyyət Nazirliyindən bildirilib ki, nazir müavini Murad Hüseynov Arif Babayevi ad günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Azərbaycan muğam sənətinin inkişafına mühüm töhfələr verən görkəmli muğam ustadının yeni xanəndələr nəslinin yetişdirilməsində müstəsna xidmətlər göstərdiyi vurğulanıb.

Sonra sənətkara “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib.

Arif Babayev fəaliyyətinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Nəşr edilib : 20.02.2025 23:40