NAXÇIVAN :

20 Oktyabr 2026, Çərşənbə axşamı

Süni intellekt və kibertəhlükəsizlik üzrə qrant müsabiqəsi elan edilir

...

Elm və Təhsil Nazirliyi Nazirlər Kabinetinin 11 oktyabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”na uyğun olaraq, süni intellekt və kibertəhlükəsizlik sahəsində inkişafın sürətləndirilməsi üzrə qrant müsabiqəsi elan edir. Müsabiqədə Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrdə çalışan alimlər, tədqiqatçılar və mütəxəssislər iştirak edə bilərlər.

Nazirlikdən bildirilib ki, iştirak etmək istəyənlər tələb olunan sənədləri oktyabrın 20-dən etibarən elektron platforma vasitəsilə göndərməlidirlər. Müraciətin qəbulu təsdiqləndikdən sonra sənədlərin çap olunmuş nüsxələri noyabrın 2-dək Elm və Təhsil Nazirliyinə təqdim edilməlidir. Müraciətlərin qəbulu ilə bağlı texniki çətinliklərlə qarşılaşmamaq üçün iddiaçılara sənədlərini son günlərə saxlamadan təqdim etmələri tövsiyə olunur. Müraciətin qəbul edildiyini təsdiqləyən elektron məktub 3 iş günü ərzində daxil olmadığı təqdirdə iddiaçılar (+994 51) 201 29 71 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Qrant müsabiqəsinin əsas məqsədi süni intellekt və kibertəhlükəsizlik sahələri üzrə elmi potensialı gücləndirmək və elmi-texniki tərəqqini sürətləndirmək, rəqabətqabiliyyətli tədqiqat layihələrini dəstəkləmək, elmi nəticələrin praktik tətbiqini və kommersiyalaşdırılmasını təşviq etməkdir.

Müsabiqənin şərtləri, iştirak qaydaları və tələb olunan sənədlər barədə ətraflı məlumatı Elm və Təhsil Nazirliyinin internet saytından əldə edə bilərsiniz.

Nəşr edilib : 20.10.2026 14:40