NAXÇIVAN :

20 Oktyabr 2026, Çərşənbə axşamı

Prezident Sadır Japarov Azərbaycanla müttəfiqlik münasibətlərinin əhəmiyyətini vurğulayıb

...

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Milli Məclisin sədri Sahibə Qafarovanın qəbul edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Prezident Sadır Japarov Qırğızıstan və Azərbaycan arasında müttəfiqlik münasibətlərinin xüsusi xarakter daşıdığını vurğulayaraq, əldə olunmuş razılaşmaların, o cümlədən Prezident İlham Əliyevin cari ilin iyul ayında Qırğızıstana dövlət səfəri zamanı imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilənin ölkələr arasında əlaqələrin gələcək inkişafı baxımından əhəmiyyətini qeyd edib.

Öz növbəsində, Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Prezident Sadır Japarova çatdırıb.

Milli Məclisin sədri ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin dinamik inkişaf etdiyini qeyd edərək, iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Qəbul zamanı Qırğızıstan-Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticari, investisiya, energetika və nəqliyyat sahələrində gələcək inkişaf perspektivləri müzakirə olunub.

Nəşr edilib : 20.10.2026 14:30