Yel babadan oyanış nəfəsi
00:05 10.03.2026
0
0
0
Aqrar Süni İntellekt layihəsi kənd təsərrüfatında müasir texnologiyaların tətbiqini genişləndirmək, fermer və sahibkarların qərarvermə proseslərini məlumat əsaslı və daha səmərəli etmək məqsədi ilə həyata keçirilir. Layihə çərçivəsində torpaq və bitki məlumatlarının analiz edilməsi, iqlim və suvarma göstəricilərinin izlənməsi, eləcə də məhsuldarlığın proqnozlaşdırılması üzrə süni intellekt əsaslı modellərin tətbiqi nəzərdə tutulur.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib.
Qeyd olunub ki, qeydiyyatdan keçən iştirakçılar layihə üzrə yeniliklər, imkanlar və müvafiq bildirişlər barədə mütəmadi olaraq məlumatlandırılacaqlar.
Həmçinin fermerlər don, xəstəlik, zərərverici, hava məlumatları, suvarma, dərmanlama vaxtları ilə bağlı WhatsApp üzərindən məlumat ala biləcəklər.
Layihədə iştirak etmək və gələcək əməkdaşlıq imkanlarının qiymətləndirilməsi üçün qeydiyyat vacibdir: https://lnkd.in/eDDCAuXD .
Digər xəbərlər