Azərbaycan Prezidenti: Xarici siyasət prioritetlər...
13:31 26.04.2025
0
0
0
NAXÇIVAN :
26 Aprel 2025, Şənbə
Məğrur duruşu ilə dostuna fəxarət yaşadan, düşməninə gözdağı olan Əlincəqalanın ətəyində yerləşən, qapısı Haçadağın bənzərsiz mənzərəsinə açılan Əlincə kənd tam orta məktəbinin müəllim və şagirdləri bu təhsil ocağında yaradılmış şəraitdən səmərəli istifadə etməyə çalışırlar. Ötən gün açıqlanan buraxılış imtahanının nəticələrində Naxçıvan məktəbliləri arasında adıçəkilən məktəbin məzunları 200-300 intervalında bal toplayaraq göstərilən etimadı doğruldublar. Bu məktəb hər il öz qəbul göstəriciləri və bir çox sahədəki uğurları ilə seçilir.Kəndin məktəbliləri bilik və bacarığa, intellektual qabiliyyətə, yüksək dünyagörüşə malik gənclər kimi formalaşdırılmaqla yanaşı, həm də milli-mənəvi dəyərlərə malik, vətənpərvər, tarixi ənənələri qoruyub saxlayan gənclik kimi yetişdirilir. Məktəbdə dərs deyən müəllimlər qazanılan uğurların ilbəil artmasına çalışırlar. Onların fədakarlığı, şagirdlərə göstərdiyi diqqət və dəstək sayəsində kənd məktəbi artıq nümunəvi təhsil ocaqlarından birinə çevrilib.Məktəbin direktoru Əli Vəliyev deyir ki, ölkəmizdətəhsil dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu isə biz təhsil işçilərinin qarşısında böyük məsuliyyət qoyur.Bu məsuliyyəti dərk edərək təhsilimizin daha yüksək səviyyəyə çatması üçün təhsil müəssisəsində yüksək biliyə və vətənpərvərlik qabiliyyətinə malik gənclər yetişdirməyi qarşımıza məqsəd qoymalıyıq. Son illər ərzində məktəbimizin qazandığı uğurlar təkcə nəticələrin yüksəkliyi ilə deyil,bu nəticələrin ardıcıllığı və sabitliyi ilə də diqqətçəkir.
Əli müəllimin sözlərinə görə,2023-2024-cü tədris ilində məktəbin 8 məzunununhər biri müxtəlif ali təhsil müəssisələrinə qəbul edilib. Bu il keçirilən XI siniflərin buraxılış imtahanında 6 şagird iştirak etmiş və onlardan 5 nəfəri 200-300 intervalında bal toplamışdır.6 şagirddən 5-nin 200-dən yüksək nəticə göstərməsi məktəbimizin ötən illərdəki uğurlarına daha bir uğur qatmışdır. Qazandığımız uğurlar tək bir şəxsin deyil,bir komandanın,bir ailənin əldə etdiyi nailiyyətdir. Direktor onuda diqqətimizə çatdırdı ki, təhsil bir marafondur.Bu marafonda önə keçmək üçün yalnız bilik deyil,ruh yüksəkliyi,mənəvi dəyərlər və gələcəyə inam da vacibdir.Bu yolda bizimlə olan hərkəsin – müəllimlərin,valideynlərin və əlbəttə ki,əziz şagirdlərimizin rolu əvəzsizdir.Gələcək bizdən güclü və vətənpərvər gənclər gözləyir.Biz də bu gözləntini layiqincə yerinə yetirməyi hər zaman özümüzə borc bilirik.
Məktəbin XI sinif şagirdi Rəbiyyə Məmmədova bildirdi ki, keçirilən buraxılış imtahanında 223 bal toplayaraq yüksək nəticə əldə etdiyi üçün çox sevinclidir. İmtahanın nəticəsi,sadəcə, bir rəqəm deyil, bu, illərlə çəkilən zəhmətin, səbrin və inamın real göstəricisidir. Bu yolda qarşılaşdığı çətinliklər də olub, yorulduğu, ümidsizliyə düşdüyü anlar da. Amma hər dəfə qarşısına məqsəd qoyub,müəllimlərinin dəstəyi ilə bu mərhələni uğurla keçə bilib. Rəbiyyə deyir ki, onun uğur qazanmağının ən böyük səbəbi çəkdiyi zəhmətdir. O bu uğuru bizim hər birimizlə bölüşməkdən məmnun olduğunu dilə gətirdi və gələcəkdə daha böyük uğurlar qazanacağına inamını bildirdi.
Rəbiyyənin sinifyoldaşı Aylin Kərimli:“Buraxılış imtahanında yüksək nəticə göstərməyim mənim üçün çox böyük uğur idi.Gündəlik planlar qururdum:müəyyən saatlarda dərslər oxuyur,mövzu təkrarlarına diqqət edirdim. Sinif yoldaşlarımla tez-tez bir araya gəlib, xüsusilə zəif bildiyimiz mövzular üzərində daha çox dayanırdıq.Uğur asanlıqla gəlmir,amma əzm və səbirlə hər şey mümkündür. Bu gün müəllimlərimizdə, valideynlərimizdə qazandığımız uğurla qürur duyur, bunun dövlətin təhsilə verdiyi dəstəyin nəticəsi kimi qiymətləndirirlər”.
Bizdə yüksək nəticə qazanmış məzunlara gələcək həyat yollarında daha böyük nailiyyətlər arzulayırıq.
Bülbül QULİYEVA
Digər xəbərlər