Azərbaycan və Efiopiya XİN-ləri arasında siyasi mə...
22:39 16.01.2025
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Ordubad Rayon Mədəniyyət Sarayında Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrı tərəfindən Azərbaycan yazıçısı, şair, dramaturq, jurnalist Seyfəddin Dağlının “Bekarçılıq kontoru” pyesi əsasında hazırlanan 2 pərdəli “Oyun bitdi” tamaşası səhnələşdirilib.
Tamaşa bir rəssamın avtobusda gördüyü katibə qıza aşiq olması, onun ardınca iş yerinə gəlməsi və orada olanlara şahid olması ilə başlayır. Kontorda heç bir fəaliyyət yoxdur.
İşçilər vaxtlarını şahmat, domino oynamaqla, yeyib-içməklə keçirirlər. Müdir Murquzov isə kontorun bağlanma qorxusu ilə yaşayır. İşçilərin heç bir məşğuliyyətləri olmadığından onları iş adı altında idmanla məşğul olmağa təşviq edir. Bütün bu olanlara şahid olan rəssam yuxarı dairələri məlumatlandırır. Nəticə etibarilə, kontor fəaliyyətsizliyi ucbatından bağlanır.
Uğurla təqdim olunan tamaşanın rejissoru Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Günəş Ağayeva, quruluşçu rejissoru Nadir Məhərrəmov, tərtibatçı Hikmət Əliyev, musiqi hissə rəhbəri Qasım Rəsulov, işıq və səs operatoru Müseyib Fərzəliyevdir.
Tamaşadan sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin şöbə müdiri Pərvin Həsənov kollektivi uğurlu çıxışına görə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Digər xəbərlər