Ordabayev: Təyyarənin qəzaya uğradığı yerdə daha b...
19:46 26.12.2024
0
0
0
Naxçıvan şəhərindəki “Saat Meydanı” İstirahət Mərkəzində “GreenFest” təşkil olunub. Tədbirdə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Fərid Bağırzadə, iqtisadiyyat nazirinin müavini Tapdıq Əliyevin iştirakı ilə "Naxçıvanın iqtisadi inkişafında yaşıl maliyyə: Gələcək nəsillərə dayanıqlı resurslar" mövzusunda panel müzakirə aparılıb.
Qeyd edək ki, tədbirin məqsədi əhalinin diqqətini ekoloji problemlərin birgə həllinə yönəltmək, muxtar respublikanın təbii resurslardan səmərəli istifadə imkanlarını və “yaşıl enerji” potensialını nümayiş etdirmək, eyni zamanda COP29 məqsədlərinə və “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə verməkdir.
Digər xəbərlər