NAXÇIVAN :

05 Noyabr 2026, Cümə axşamı

Gələn ilin büdcəsindən uşağın anadan olmasına görə 84 milyon manatdan çox vəsait ayrılacaq

...

Gələn il dövlət büdcəsindən uşağın anadan olmasına görə ödənilən birdəfəlik müavinətlərə 84 milyon 10 min manat vəsait ayrılacaq.

"Şərq qapısı" xəbər verir ki, bununla bağlı "Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Bundan əlavə, layihədə qeyd edilib ki, büdcədən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlər üçün 47 milyon 380 min manat, hamiləliyə və doğuma görə müavinətlərə 77 milyon 340 min manat, 3 yaşınadək uşağa qulluğa görə isə 21 milyon 390 min manat pul ayrılacaq.

Sənəddə o da vurğulanıb ki, dəfn üçün müavinətlərə 50 milyon 510 min manat ayrılması nəzərdə tutulur.

Nəşr edilib : 05.11.2026 11:13