NAXÇIVAN :

03 May 2026, Bazar

Erkən və qohum nikahların qarşısı alınıb

...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə Sədərək rayonunun Dəmirçi kənd sakini, yetkinlik yaşına çatmayan 05.04.2010-cu il təvəllüdlü “Qədirova Ş” (şərti ad) Sədərək rayonunun Dəmirçi kənd sakini, bibisi oğlu 08.05.2004-cü il təvəllüdlü “Səfərov A” (şərti ad) ilə 23.11.2025-ci il tarixdə nişanlanacağı barədə məlumat daxil olmuşdur. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Sədərək Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın və Sədərək rayon Dəmirçi bələdiyyəsinin nümayəndələri tərəfindən planlaşdırılan nişan mərasiminin qarşısının alınması məqsədilə azyaşlının yaşadığı ünvanda görüş keçirilmişdir. Görüş zamanı azyaşlı, onun valideynləri, bibisi və bibisi oğlu ilə profilaktik söhbətlər aparılmış, ailələrə xəbərdarlıq olunmuş və bu hərəkətlərin qanunvericiliyin tələblərinə zidd olduğu onların nəzərinə çatdırılmışdır. Bildirilir ki, qızın 15 yaşı, oğlanın isə 21 yaşı vardır. 
Söhbət zamanı azyaşlı, valideynləri, bibisi və bibisi oğlu erkən evlilik və qohum nikahları ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməsi barədə məlumatlı olmadıqlarını bildirmişlər.

Nəşr edilib : 24.11.2025 13:37