“Məkkə yolu” təşəbbüsü çərçivəsində həcc səfəri pr...
23:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
19 Aprel 2026, Bazar
Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi üçün müraciətlərin qəbulu ilə bağlı Culfa rayonunda təşkil olunan maarifləndirici tədbiri rayon icra hakimiyyətinin əməkdaşı Sərxan Hüseynov açıb.
Əmlak Məsələləri Dövlət Xidmətinin sektor müdiri Taleh Quliyev çıxış edərək bildirib ki, ölkə Prezidentinin 2023-cü il 14 iyun tarixli Fərmanına əsasən ölkəmizdə, o cümlədən muxtar respublikada istismarına icazə verilmiş obyektlərə mülkiyyət sənədlərinin təqdim olunması davam edir.
Qeyd edilib ki, mülkiyyət hüququnun rəsmiləşdirilməsi sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, daşınmaz əmlak bazarının canlanmasına şərait yaradır. Belə ki, sahibkarlar istismarına icazə verilən əmlakını ipoteka, sığorta, alqı-satqı və digər əməliyyatlar üçün istifadə edə bilərlər.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarəti İdarəsinin əməkdaşı Həbib Kərimov və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı Tural Rüstəmli bildirib ki, Fərmanın icrası qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi baxımından xüsusi önəm kəsb edir. Sadələşdirilmiş icazə mexanizmi həm də sahibkarlar üçün prosedurların daha şəffaf və sürətli həyata keçirilməsinə imkan yaradır.
Çıxış edənlər müraciətlərin 1 yanvar 2026-cı il tarixədək qəbul ediləcəyini və müəyyən edilmiş müddət ərzində sənədləşmənin həyata keçirilməsinin vacibliyini vurğulayıb, müraciət zamanı düzgün prosedur qaydalarını və sənədlərin təqdim olunma ardıcıllığını iştirakçılara ətraflı izah ediblər.
Tədbirdə sahibkarların mövzu ilə bağlı suallarına aydınlıq gətirilib.
Qeyd edək ki, növbəti maarifləndirici görüş Şərur rayonundan olan sahibkarlarla keçiriləcək.
Digər xəbərlər