NAXÇIVAN :

15 Yanvar 2026, Cümə axşamı

Cüdo üzrə Olimpiya çempionları Şuşa şəhərinə səfər ediblər

...

Cüdo üzrə Olimpiya çempionları Elnur Məmmədli, Hidayət Heydərov və Zelim Kotsoev Şuşa şəhərinə səfər ediblər.

"Şərq qapısı" xəbər verir ki, səfər çərçivəsində Olimpiya çempionları Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları, sakinlər və "Şuşa" idman klubunun üzvləri ilə görüşüb, xatirə şəkilləri çəkdiriblər.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının təşəbbüsü ilə həyata keçirilən bu görüşlərin əsas məqsədi doğma yurdunda yaşayan vətəndaşlarımıza mənəvi dəstək göstərməkdir.

Nəşr edilib : 24.08.2025 14:50